Bakıda içkili halda metroya girib söyüş söyən şəxs CƏZALANDIRILDI
Bakıda metroya içkili daxil olan şəxs saxlanılıb.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1978-ci il tarixdə Ucar rayonunda anadan olmuş Y.R. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə Y.R. sərxoş halda metroya daxil olmağın qadağan olduğunu bilmədiyini deyib. Təqsirləndirilən şəxs özündə olmadığından söyüş söydüyünü də etiraf edib.
O, etdiyi əməldən peşman olduğunu deyib: "İki uşağım var, biri 16, digəri 18 yaşındadır. Barəmdə cərimə tətbiq edilməsini xahiş edirəm".
Məhkəmənin qərarı ilə Y.R. 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Seymur Nəcəfova yüksək vəzifə verildi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni prorektor təyin edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin m...