Binəqədidə obyektdə yanğın tam söndürülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən bildirilib.
Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1 600 kv.m olan anbar 650 kv.m sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.
***15:50
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-dən verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
Qalereya
***15:03
Bakının Binqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən anbar kimi fəaliyyət göstərən ərazidə güclü yanğın baş verib.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, yanğın böyük alov və tüstü ilə müşahidə olunub.
Yerli sakinlər böyük səs-küy və partlayış səsləri eşitdiklərini bildiriblər.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Bakıda 200 yaşı olan binadakı uşaq bağçası ilə bağlı RƏSMİ AÇIQLAMA
25 nömrəli körpələr evi-uşaq bağçasında kommunal problemlərə dair iddialarla bağlı araşdırma aparılıb. Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən BAKU.WS-ə bildiri...
