Bakıda BMW və "Hyundai" markalı avtomobillər toqquşdu - VİDEO

23
dek
2019
08:43
Bakının Nizami rayonunda yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə zamanı "BMW" və "Hyundai" markalı avtomobillər toqquşub.
"BMW" markalı nəqliyyat vasitəsinin sahibi APA-ya bildirib ki, onun avtomobilini "ayıq" sürücü idarə edirmiş. Ancaq o, qadağan olunmuş hissədə geriyə manevr etmək istəyərkən "Hyundai" markalı avtomobilin qarşısına keçib və qəza qaçılmaz olub.
Yol qəzasından sonra prospektdə güclü tıxac yaranıb. Əraziyə YPX müfəttişləri cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu iki avtomobili əzdi - VİDEO
Bakıda zəncirvari yol qəzası baş verib. BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə Dərnəgül şossesində qeydə alınıb. Belə ki, hərəkətdə olan 24 saylı ma...
