Bakı metrosunda siqaret çəkən şəxslə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO (YENİLƏNİB)

Bakı metrosunda siqaret çəkən şəxslə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO (YENİLƏNİB)
Video
Hadisə 4456
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti vaqonda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlayıb.BAKU.WS xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.Onun sözlərinə görə, hazırda qurumda bununla bağlı ciddi araşdırmalar aparılır:"Qanunvericiliyə görə, metro ərazisində siqaret çəkmək qadağandır və buna görə cərimə də müəyyənləşib. Sadəcə hələ ki hadisənin nə vaxt və hansı qatarda baş verməsi məlum deyil.Buna görə, həmin şəxsin kimliyi metrostansiyalar və qatarlardakı kameralar vasitəsilə araşdırılır.Həmin şəxs tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək".B.Məmmədov bildirib ki, bu işdə təkcə "Bakı Metropoliteni" deyil, həm də sərnişinlər məsuliyyətli olmalıdırlar:"Hadisə baş verən vaqondakı digər sərnişinlər bu barədə məlumat verməlidir ki, həmin şəxs dərhal aşkar edilsin".***08:56Axşam saatlarında Bakı metrosunda xoşagəlməz hadisə yaşanıb.BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, orta yaşlı kişi qatarada siqaret çəkib.O, ardıcıl olaraq bir neçə siqareti çəkərək kötüyünü yerə atıb.Onun xoşagəlməz hərəkəti metronun "Gənclik" stansiyasında sərnişinlərdən biri tərəfindən lentə alınıb.

Oxşar xəbərlər

Metroda təhlükəli anlar

Metroda təhlükəli anlar

Bu gün axşam saatlarında Bakı metrosunda qatarların birində texniki nasazlıq yaranıb və vaqonlardan birinin qapısı açıq qalıb. “Bakı Metropoliteni” QSC-nin mətb...

798 Hadisə 20:58 14 iyun 2019

Son xəbərlər