Azərbaycanlı məmurun BMW X6-nı gölə aşıran qohumunun fotoları

Azərbaycanlı məmurun BMW X6-nı gölə aşıran qohumunun  fotoları
Hadisə 2747

 

Xəbər verdiyimiz kimi, Rusiyanın YUKOS neft şirkətinin (artıq ləğv edilib) keçmiş sahibi Mixail Xodorkovskinin ortağı, biznesmen Platon Lebedevin nəvəsi azərbaycanlı məmurun oğlu ilə İsveçrədə baş vermiş avtomobil qəzasında həlak olub. 

Diana Lebedeva qəza zamanı avtomobildə Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovla birlikdə olub.

Valideyinlərinin bildirdiyinə görə, Azər Yaqubov 9 yaşından İsveçrənin Luqano şəhərində yaşayırdı v magistraturanın birinci kursunda oxuyurdu. Atasını dediyinə görə, Azər heç vaxt spirtli içki içən olmayıb. Onun Diana Lebedeva ilə dostluq münasibətlərinin olduğu bildirilir. Cəsədlərin tezliklə Rusiyaya gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, qəza zamanı Azər Yaqubovun idarə etdiyi BMW X6 avtmobili Luqano gölünə düşüb. Cəsədləri xilasedicilər gölün dibindən çıxarıblar. Daha sonra xüsusi texnika avtomobilin özünü də göldən çıxarıb. Qəzanın dəqiq səbəbi məlum deyil, ancaq ehtimal olunur ki, avtomobil yüksək sürətlə hərəkətdə olarkən gölə aşıb.

Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlinskinin 23 yaşlı qohumu Azər Yaqubovun  şəkillərini təqdim edirik:

BAKU.WS

 

Oxşar xəbərlər

Azərbaycanlı məmurun qohumu BMW X6-nı gölə aşırdı, məşhur biznesmenin qızı ilə birlikdə həlak oldu (VİDEO)

Azərbaycanlı məmurun qohumu BMW X6-nı gölə aşırdı, məşhur biznesmenin qızı ilə birlikdə həlak oldu (VİDEO)

İsveçrədə biznesmen Platon Lebedevin nəvəsi Diana Lebedeva ilə birlikdə qəzada həlak olan Azər Yaqubov Rusiya hökumətində vəzifə tutan Sübhi Şıxlinskinin qohumu...

12154 Hadisə 14:04 25 noyabr 2016

Son xəbərlər