Azərbaycanda insan orqanı alverçisi Zaurun verilişinə çıxıbmış - AÇIQLAMA

Azərbaycanda insan orqanı alverçisi Zaurun verilişinə çıxıbmış - AÇIQLAMA
Hadisə 3413
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan 1957-ci il təvəllüdlü Xudadatov Vahid Fəxrəddin oğlu barəsində bəzi məqamlar üzə çıxıb. BAKU.WS xəbər verir ki, Lent.az-a açıqlama verən V.Xudadatovun qardaşı Elşad Xudadatov bildirib ki, qardaşı qızı ağır böyrək xəstəliyindən əziyyət çəkib: “Qardaşım qızının xəstəliyi üçün ATV kanalına müraciət etmişdi. Uşağın böyrəyi dəyişdirilməli idi və Zaurun verilişinə çıxdılar. Orada insanlara müraciət edildi, donor axtarıldı. Daha sonra İranda böyrək əməliyyatı baş tutdu, uşağın böyrəyi dəyişdirildi”.E.Xudadatov əlavə edib ki, qardaşı taksi sürücüsü kimi çalışıb və onun başqa əməllərinin olub-olmamasından xəbəri yoxdur.Qeyd edək ki, Vahib Xidadatov barəsində həbs qətimkan tədbiri seçilib. Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb.Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.BAKU.WS

Oxşar xəbərlər

DTX insan orqanı alveri ilə məşğul olan dəstəni ələ keçirdi

DTX insan orqanı alveri ilə məşğul olan dəstəni ələ keçirdi

İnsan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan,...

2634 Hadisə 09:35 15 mart 2018

Son xəbərlər