Azərbaycanda vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA

Azərbaycanda vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA
Hadisə 4373

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov döyülüb.

BAKU.WS Yenisabah.az-a istinadən xəbər verir ki, bu iddia ilə kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxış edib.

Tarix müəllimi direktorla bağlı sensasion iddialar səsləndirib.

Q.Muxtarlı bildirib ki, direktor heç zaman heç bir dərsə girməyib. Tarix müəlliminin sözlərinə görə, Şəhriyar Laçınov kolleci "cərimə ilə özünü maliyyələşdirən nümunəvi tədris müəssisəsinə" çevirib.

Kollecin müəllimi direktorun sonuncu kurs tələbəsinə iki kəsirə görə 1 450 manat pul ödətdirdiyini də vurğulayıb.

Q. Muxtarlı bildirib ki, bir semestrdə minə yaxın kəsir əmələ gəlib. Nəhayət, bütün bu olanlardan bezən insanlar direktoru döyüblər.

Oxşar xəbərlər

Bakıda sürücülər arasında DAVA: Bir nəfər ürəyindən bıçaqlandı

Bakıda sürücülər arasında DAVA: Bir nəfər ürəyindən bıçaqlandı

Paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Məlumata görə, 1973-cü il təvəllüdlü Səlim Əliyev ilə taksi sür...

376 Hadisə 23:32 25 aprel 2025

Son xəbərlər