Azərbaycanda toyda DAVA: Müğənni mahnı sifarişinə görə qonağı döydü
12
iyn
2025
11:52
Ağdaşda toyda dava olub.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Yuxarı Qəsil kəndində yerləşən şadlıq sarayında baş verib.
Toyda qonaq olan 64 yaşlı N.Hüseynovu musiqiçilər döyüblər. O, polisə müraciətində müğənni və onun qardaşı tərəfindən döyüldüyünü bildirib.
Məlumata görə, dava mahnı sifarişi üstündə yaranıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçir...