Azərbaycan mədəniyyətinə itki üz verib - Əməkdar rəssam vəfat edib

Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı Rəşid Şerif (Həsənov) vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə YUĞ Dövlət Teatrı məlumat yayıb.
Əməkdar rəssam 26 mart 2020-ci il tarixində həyatla vidalaşıb.
YUĞ Teatrının banisi Vaqif İbrahimoğlunun qardaşı Rəşid Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışır. Bu illər ərzində Teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.
YUĞ Teatrının kollektivi Rəşid müəlimin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Oxşar xəbərlər
Bakı metrosunun sabiq rəisi vəfat etdi (FOTO)
"Bakı Metropoliteni”nin sabiq rəhbəri Vahid Nadirli vəfat edib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə "Bakı Metropoliteni” QSC tərəfində...
