Ağadadaş Ağayev ona çıxarılan hökmdən DANIŞDI

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ötən həftə yekunlaşıb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayev xuliqanlıqda təqsirli bilinib və ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilərək, bir il sınaq müddəti hesab edilməklə şərti hesab olunub.
Bu gün Ağadadaş Ağayev vəkili ilə birgə kamera önünə keçərək barəsində çıxarılan hökmdən danışıblar.
"Azərbaycan xalqının qarşıdan gələn bayramını təbrik edirəm. Bayram təbrikini evimdən edirəm. Mətbuatda haqqımda yayılan bəzi xəbərlərə münasibət bildirmək istəyirəm. Mənə iki il sınaq müddəti olmaqla şərti cəza verilib. Mən sizin yanındayam. Fəaliyyətimə, hərəkətimə heç bir məhdudiyyət qoyulmayıb. İlk dəfə başıma belə bir iş gəldi və məhkəmə qarşısına çıxdım. Mən həmişə söyləyirdim ki, hüquqi dövlətdə yaşayıram. Mən də bütün Azərbaycan vətəndaşları kimi qanunla eyni hüquqa malikəm. Xalq artisti olsam da, müxtəlif mükafatlara layiq görülsəm də, fərqi yoxdur. Qanun qarşısında boynum qıldan incədir", - Xalq artisti vurğulayıb.
Xalq artistinin vəkili Asim Abbasov isə deyib ki, Ağadadaş Ağayevin həbs olunduğu barədə rəy formalaşmışdı:
"Göründüyü kimi, o, evindədir. Mətbuatda hökmün şərti cəza hissəsi bir az yanlış yayımlandı. Hökmə əsasən, Ağadadaş Ağayevə iki il sınaq müddəti seçilməklə şərti cəza verilib. Sadəcə, bu müddət ərzində Ağadadaş Ağayev öz davranış və hərəkətini diqqətdə saxlayacaq".
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib
Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib. Paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində "...
