AFEN plazada baş verən partlayış zamanı xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANIB

AFEN plazada baş verən partlayış zamanı xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANIB
Hadisə 128

Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində partlayış baş verən obyektdə (AFEN plazada) xəsarət alanların vəziyyəti açıqlanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.

"Noyabrın 24-ü saat 09:00-da Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində obyektdə partlayış baş verməsi səbəbi ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan beş nəfərdən (ikisi kişi, üçü qadın olmaqla) üç nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıb.

Bir nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bir nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...

65 Hadisə 21:40 19 iyul 2026

Son xəbərlər