ABŞ-də azərbaycanlı gənc itkin düşüb
ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-də yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar.
Salyan rayonundan olan E.Mirzəyevdən artıq 4-5 gündür heç bir xəbər yoxdur. Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar.
Məlumata görə, E.Mirzəyev Klivlend şəhərində italyan restoranlarından birində işləyib.
Məsələ ilə bağlı həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat veriblər. Hazırda Elmar Mirzəyevin tapılması istiqamətində axtarış və araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xalq artisti vəfat etdi - FOTO
Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin ailəsindən məlumat verilib. T...