SİZİN REKLAM BURADA!
055 213 76 73


Qubanın Dəlləkli kəndində bir neçə gün əvvəl baş verən yanğınların səngiməsinə baxmayaraq, hadisə yenidən təkrarlanıb.

BAKU.WS-in "qafqazinfo"ya istinadən məlumatına görə, kənd sakini Dəmirxan Xalidova məxsus mal tövləsi və tövlənin damına yığılmış quru ota od düşüb.

Hadisə ilə əlaqədar Quba Yanğından Mühafizə Xidmətinin 2 ədəd yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın yerli sakinlər və yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində 50 kiloqramadək quru ot bağlaması yanıb. Heyvanlara ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 19-da və 20-də kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın törədilməsinə görə 3 yeniyetmə (azyaşlı olduqlarına görə adları açıqlanmır) saxlanılmışdı.

BAKU.WS
QALEREYA