Toy kabusa çevrildi - gəlin yerdə süründü

Türkiyədə ailə qurmağa hazırlaşan cütlüyün ən xoşbəxt günləri kabusa çevrilib.
BAKU.WS xəbər verir ki, buna səbəb onların qohumları arasında baş verən qarşıdurma olub. Şişli nikah dairəsinin binası qarşısında cütlüyün qohumları arasında hələlik bilinməyən bir səbəbdən narazılıq yaranıb. Qohumların mübahisəsi böyüyərək davaya çevrilib.
Dava edən qohumların arasında qalan gəlinin halı pisləşib. Yerdə uzanan gəlinə ilkin müdaxiləni hadisə yerinə çağırılan təcili tibbi yardım göstərib.
Davanı hadisə yerinə gələn polislər ayırıblar. Hadisədən sonra nikahın davam edib-etmədiyi isə bilinmir.
Oxşar xəbərlər
Bakıda yaşlı kişinin yolda halı pisləşdi, təcili yardım maşını götürmədi - VİDEO
Bu gün səhər saatlarında Bakıda yaşlı kişinin halı pisləşsə də, onu təcili yardım maşınları xəstəxanaya aparmayıblar.BAKU.WS xəbər verir ki, bu barədə sosial şə...