VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında dünyasını dəyişən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunub.

BAKU.WS "unikal.org"a istinadən xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, eləcə də Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Müdafiə Sənayesi naziri Mədət Quliyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak edib.

Qeyd edək ki, 82 yaşında vəfat edən F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

***10:21

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov I Fəxri xiyabanda dəfn ediləcək.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”a Milli Məclisdən məlumat daxil olub.

Qeyd edək ki, F.Heydərov avqustun 3-də vəfat edib.

BAKU.WS
QALEREYA