Bərdədə traktor kanala aşıb, sürücüsü ölüb - FOTO

Bərdədə kanala düşən traktorun sürücüsü boğularaq ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə “Yuxarı Qarabağ” su kanalının rayonun Güloğullar kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisə yerinə cəlb olunan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri traktorun sürücüsü Güloğullar kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Yelmar Çingiz oğlunun meyitini, traktorda olan Cəlilabad rayon sakini, 38 yaşlı Adıgözəlov Aydın Səfalı oğlunu isə yaralı vəziyyətdə sudan çıxarıblar. A.Adıgözəlov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 15 yaşlı oğlandan azyaşlı məktəbliyə qarşı qandonduran hərəkət: yerə yıxdı və...
Beyləqan şəhərində qətl törətməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Elgün Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika.az” say...
