Bakıda iş adamının evində yanğın - FOTO

Bakıda iş adamının evində yanğın - FOTO
Foto
Hadisə 457

Bu gün səhər saatlarında Bakıda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğının qarşısı qısa müddət ərzində alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, evə maddi ziyan dəyib.

Qeyd edək ki, fərdi yaşayış evi “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin keçmiş müdiri, hazırda iş adamı olan Afiq Səfərova məxsusdur.

Son xəbərlər