SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkirdə "Şəmkir Səbəti" Ticarət Mərkəzində başlayan yanğın söndürülüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerinə 10 dan artıq yanğın söndürən briqada cəlb olunub.

Təxminən 2 saata alovu ram etmək mümkün olub. İlkin məlunata görə, 400 kvm ərazidə geyim mağazaları yanıb.

Məlumat üçün bildirək ki, ticarət mərkəzi qərb bölgəsində ən iri ticarət mərkəzlərindən biridir.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir, faktla bağlı araşdırma başlanılıb.

21:40

Şəmkirdə "Səbət Bazarı" adlanan ticarət mərkəzində yanğın başlayıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin yanğın söndürənləri cəlb edilib.

Hazırda alovun qarşısnı alınması üçün iş aparılır. Hələlik yanğının nədən baş verdiyi tan bilinmir, səbəbləri araşdırılır.

BAKU.WS
VİDEO

QALEREYA