SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS