SİZİN REKLAM BURADA!
055 213 76 73


Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.

Qadın sürücünün idarə etdiyi avtomobil yeddisi azyaşlı olmaqla, eyni anda 13 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qəzanın təfərrüatları məlum olub.

Belə ki, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.

Bu zaman həyat yoldaşının avtomobili idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.

Xəstəxanaya yerləşdirilən yaralıların bəzilərinin durumu ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, bu gün Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.

BAKU.WS