Ötən gün axşam saatlarında Daşkəsən rayon sakini 60 yaşlı Atlas Məmmədova Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.


BAKU.WS-in Kapaz TV-yə istinadən verdiyi məlumata görə, həkimlərin müayinəsindən sonra ona döş qəfəsinin sağ hissəsinin əzilməsi diaqnozu qoyulub.

Ağır vəziyyətdə olan qadına həkimlər ilkin tibbi yardım göstərib və onun həyatı üçün təhlükə aradan qaldırılıb. Məlum olub ki, zərərçəkən Daşkəsən bazarında qatıq satışı ilə məşğul olub. Onun döyülməsi də elə alver zamanı yaranan mübahisə əsnasında baş verib.

Daşkəsən rayon polis şöbəsində 60 yaşlı qadına bədən xəsarətləri yetirən şəxsin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Ziya Səccad
BAKU.WS