SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in bölgə müxbirinin  verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2107”nin sərnişini, 1950-ci il təvəllüdlü Novruzova Səidə Sabir qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS