SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ziya Bünyadov prospektindəki yolötürücü tuneldə "Niva" markalı avtomobil aşıb.

Məlumata görə, sürücü idarəetməni itirib. Nəqliyyat vasitəsi yolayırıcı betona dəyərək aşıb. Avtomobildə olan sərnişin xəsarət alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına aparılıb.

BAKU.WS
QALEREYA