SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Biləsuvar rayon icra başçısı Mahir Quliyev məşhur iş adamı hacı İbrahim Nehrəmli (İbrahimov) ilə quda imiş.

BAKU.WS olke.az-a istinadən xəbər verir ki, M.Quliyevin qızı hacı İbrahimin oğlu ilə ailəlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.

Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, mərkəzi xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, məşğulluq şöbəsinin rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov saxlanılıb.

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

BAKU.WS