SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuzda su kanalında tapılan şəxsin öldürüldüyü məlum olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, rayon sakini 1991-ci il təvəllüdlü Elnur Valeh oğlu Mehdiyevin meyiti rayonun Əhməd Cavad küçəsindəki su kanalından tapılıb.

Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, adı çəkilən şəxsin bədənində bir neçə kəsici alətin yaraları aşkar edilib.

Onun bıçaqlanaraq qətlə yetirildiyi ehtimalı var. Elnur Mehdiyevin bir neçə dəfə həbs həyatı yaşadığı deyilir.

Hələlik onun kim və ya kimlər tərəfindən qətlə yetirildiyi məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb, hadisənin təfərrüatı dəqiqləşdirilir.

***11:41

Tovuz rayonunda su kanalının içərisinə atılan kişi meyiti tapılıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, naməlum kişi cəsədi Əhməd Cavad küçəsində aşkar edilib.

İlkin məlumata görə, cəsədin üzərində kəsilmiş deşilmiş yaralar var.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

BAKU.WS
QALEREYA