Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı Rəşid Şerif (Həsənov) vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə YUĞ Dövlət Teatrı məlumat yayıb.
Əməkdar rəssam 26 mart 2020-ci il tarixində həyatla vidalaşıb.
YUĞ Teatrının banisi Vaqif İbrahimoğlunun qardaşı Rəşid Şerif Yuğ teatrı yarandığı gündən bu teatrda çalışır. Bu illər ərzində Teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.
YUĞ Teatrının kollektivi Rəşid müəlimin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
BAKU.WS