Türkiyə Azərbaycanla sərhədi bağladı - Koronavirusa görə

23
fev
2020
19:02
İranda koronavirusun yayılması xəbəri qonşu ölkələri, o cümlədən, Türkiyəni də narahat edib.
BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Türkiyə virus təhlükəsinə görə, Naxçıvan-Dilucu sərhəd qapısını bağlayıb. Sərhəddən giriş-çıxışa rəsmən qadağa qoyulub.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı səkkizə çatıb.
Oxşar xəbərlər
İranda koronavirusdan ölənlərin sayı artır
İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib. BAKU.WS “Report”a istinadla xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib. Eyni z...