SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Tovuz rayonunun Qovlar şəhərində bədbəxt hadisə baş verib.
 
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, şəhərin İntizam Əliyev küçəsində yanğın barədə yerli yanğından mühafizə hissəsinə məlumat daxil olub. Əraziyə cəlb olunan yanğınsöndürən avtomobil evin həyətində olan köməkçi tikilidə yaranan yanğını söndürüb.
 
Araşdırma zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Novruz Hüseynov və onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Sevda Hüseynovanın yanmış meyitləri aşkarlanıb.
 
Tovuzda ərlə arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar da məlum olub. Tovuz rayon hüquq mühafizə orqanlarından əldə edilən məlumata görə, 54 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı 47 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb. Tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.
 
Novruz Hüseynovun ruhi xəstə olduğu bildirilir.
 
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
 
BAKU.WS