İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişlidə bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Ağsu-Kürdəmir-Bəhramtəpə magistral avtomobil yolunun, rayonun Şahverdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Nizami Həsənov dünyasını dəyişib. Avtomobildə olan 14 yaşlı Məhəmməd adlı yeniyetmə və 1996-cı il təvəllüdlü İbrahim Məmmədov ağır xəsarətlə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sevdiyi qızla dalaşdı, xalası oğlunu öldürdü
Bakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü İbrahim Sadıqovun cinayət işi üzrə məhkə...
