SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda küçədə “Wolt” daşıma şirkətinin əməkdaşı motosikleti “protiv” sürüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə avtomobillərdən birinin videoqeydiyyatında lentə alınıb.

Belə ki, gecə saatlarında paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində hərəkətdə olan motosiklet sürücüsü Səməd Vurğun küçəsinə dönən yolun əks istiqamətinə çıxıb.

Bu zaman “protiv” gələn motosiklet sürücüsü həmin yolda hərəkətdə olan avtomobil sürücülərinə təhlükəli anlar yaşadıb.

"Report" bildirir ki, bu, “Wolt” və digər daşıma şirkətləri əməkdaşlarının ilk hərəkəti deyil.

Məsələ burasındadır ki, bir-birilə "ən sürətli biz daşıyırıq" şüarı ilə yarışan daşıma şirkətlərinin sürücüləri həm qaydaları pozur, həm də qəza şəraiti yaradırlar.

Onların barəsində tədbir görülməsə, çətin ki, sürətlərini azaldalar.

BAKU.WS
VİDEO