SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz rayonunda avtomobil qəzası baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Ağyazıbuduq kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində rayonun Hacıəlibəy kənd sakinləri 1984-cü il təvəllüdlü Niftəliyev Tural Mövlud oğlu, 2007-ci il təvəllüdlü Niftəliyeva Səadət Tural qızı, 2008-ci il təvəllüdlü Niftəliyev Sahil Tural oğlu, 1966-cı il təvəllüdlü Sona Bədir qızı Əzizova, 1980-ci il təvəllüdlü Fərəcov Amil Seyidbala oğlu və 1984-cü il təvəllüdlü Abdullayeva Roza Zeynal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS