SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Təxminən 16 il əvvəl Türkiyənin Yalova şəhərində azərbaycanlı şəxsi öldürdükləri müəyyən edilən erməni əsilli 3 nəfər hələ tutulmayıb.
 
BAKU.WS-in məlumatına görə, 2000-ci ildə bir mərmər sexinin tullantılarının olduğu ərazidə aşkarlanan kişi cəsədinin Azərbaycandan çalışmaq üçün gələn Tahir Bağırova aid olduğu və onun öldürüldüyü məlum olub.
 
Cinayətə qurban gedən Tahir Bağırovun həyat yoldaşı Xatirə Bağırova Azərbaycandan Türkiyəyə gələrək qatillərin təsbit edilərək həbs olunmasını istəmişdi. Hadisə ilə bağlı məhkəmə aparılsa da qatillər tapılmadığı üçün indiyə kimi heç bir qərar qəbul edilməyib.

Aparılan araşdırmalara nəticəsində Tahir Bağırovu Ermənistan vətəndaşı olan Armen Qriqoryan Qrqaryan, Havsep Nasep Minasyan və Hraçya Vaciko Haruttunyan adlı üç nəfərin öldürdüyü məlum olub. Erməni əsilli şəxslər haqqında həbs qərarı çıxaran məhkəmə heyəti şəxslərin Ermənistanda olmaları səbəbiylə onları mühakimə edə bilmir. Hadisə ilə əlaqədar heç bir məhkəmə prosesinə qatılmayan və Ermənistandan Türkiyəyə bir daha gələməyən 3 şəxs məhkəmədə şübhəli qismində ifadə vermədikləri üçün iş bağlanmayıb. 
 
Hadisə tarixindən bu yana cəmi 52 məhkəmə prosesi baş tutub. Ancaq erməni qatillər yaxalanmadığı üçün məhkəmə yekunlaşmayıb. Hadisə ilə əlaqədar bir sonrakı məhkəməyə 17 may tarixində baxılacaq. 

BAKU.WS