SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr verib.

BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Faiq İlyasov vəzifəsindən azad edilərək Xaçmaz rayon Polis Şöbəsinin rəis müavini təyin edilib.

Məlumatı DİN mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, F.İlyasov Xaçmaz RPŞ-də də eyni vəzifəni daşıyaraq əməliyyat işlərinə nəzarət edəcək.

BAKU.WS