SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabad rayon sakinindən narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə müxbirinə bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Muğan Gəncəli kənd sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı Qafur Həmzəyev saxlanılıb.

Polis bölməsinin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman torpağa basdırılmış şüşə qablarda ümumi çəkisi yarım kiloqramdan artıq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS