SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda tanınmış özəl xəstəxanalardan birində müalicə alan 69 yaşlı xəstə vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinə və rayon prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumata əsasən 1950-ci il təvəllüdlü Sevil Səfər qızı Zeynalova 13 noyabrda “Baku Medical Plaza”ya gətirilib. Ona ağ ciyər xəstəliyinin kəskinləşməsi diaqnozu qoyulub.

Xəstə müalicə olunmağa başlanılıb. Lakin Sevil Zeynalova 23 dekabr saat 18 radələrində xəstəxanada ölüb.

Hadisə yerinə və meyitə hüquq mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. Meyit müayinə olunması üçün ekspertizaya verilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS