SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparılıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, o, yerləşdirildiyi özəl klinikada əməliyyata götürülüb.

Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.

"Hazırda onun səhhəti yaxşıdır, yavaş-yavaş düzəlir. Ciddi problem yoxdur.

Əməliyyat uğurlu keçdi", - deyə klinikadan bildirilib.

BAKU.WS