SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonunda 69 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi, Yeni Yaşayış massivi, ev 73 ünvanında baş verib.

1950-ci il təvəllüdlü Mütəllimova Həqiqət Əli qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məlumata görə, qadın qızının bir neçə gün öncə öldüyünü bildirib və buna görə özünə qəsd etdiyini deyib.

Bakının Qaradağ rayonunda özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atan Mütəllimova Həqiqət Əli qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

APA-nın məlumatına görə, xəstəxanaya yerləşdirilən qadın qızının bir neçə gün öncə öldüyünü bildirib və buna görə özünə qəsd etdiyini demişdi.

BAKU.WS