SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayonunda elektrik ustası bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS-in məlumatına görə, hadisə rayonun Xəlilabad kəndində baş verib.

Rayonun Zopun kənd sakini, "Azərişıq" ASC-nin Cənub RETSİ-nin Cəlilabad Elektrik Şəbəkəsində elektrik ustası işləyən, 1990-cı il təvəllüdlü Rəciyev Qurban Ərəstun oğlu Xəlilabad kənd orta məktəbini elektrik enerjisi ilə təmin edən transformatora daxil olan elektrik naqillərini saxlayan dirəyə çıxaraq təmir işləri ilə əlaqədar kəsdiyi naqilləri bir-birinə bağlayarkən elektrik cərəyanı vurub.

Q.Rəciyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

BAKU.WS