SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. 

BAKU.WS APA-ya istiniadən xəbər verir ki, hadisə Bakı-Qazax şosesinin Qaradağ rayonunun ərazisinə düşən hissəsində, DYP-nin stasionar postunun yaxınlığında qeydə alınıb.  

Məlumata görə, “Ford” markalı sərnişin mikroavtobusu yük avtomobilinə çırpılıb.

Qəza zamanı çoxlu sayda xəsarət alanların olduğu bildirilir. 

Qəza nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib. 

Əlavə məlumat veriləcək.
BAKU.WS