VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Qaradağ rayonu ərazisində baş verən ağır yol qəzasında yaralanan 17 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzinə ("Semaşko") yerləşdiriliblər.

Bu barədə BAKU.WS-ə açıqlamasında Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib.

Onun sözlərinə görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır. Hazırda həkimlər xəsarət alanlara yardım göstərir.

***09:18***

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Məlumatda bildirilir ki, "Kamaz" markalı yük maşını 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusa arxadan çırpılıb.

Nəticədə, avtobus aşıb. Xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hal-hazırda hadisə yerindədir.

Qeyd edək ki, qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.

BAKU.WS