Bakının mərkəzində inşa edilən metrostansiyanın açılacağı vaxt bilindi

08
noy
2019
14:57
Şərti adı “B3” olan stansiyanın tikintisi, demək olar ki, başa çatdırılır. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliten”i QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib. O bildirib ki, hazırda həmin stansiyada son tamamlanma işləri gedir:“Stansiyanın açılışı üzrlü səbəblərdən gələn il üçün nəzərdə tutulub”. Ə.Osmanovun sözlərinə görə, metronun “Bənövşəyi” xətti 12 stansiya və bir depodan ibarətdir:“Bu xəttin üç stansiyasının tikintisi, demək olar ki, yekunlaşdırılıb və hazırdır. Şərti adı “B4” olan dördüncü stansiyasının tikintisi, eləcə də, Xocahəsən deposunun tikintisi davam etdirilir. Sxemə uyğun olaraq “Bənövşəyi” xətti sistem üzrə Qaraçuxur qəsəbəsinə qədər çatdırmağı planlaşdırırıq”.Qeyd edək ki, şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.
Oxşar xəbərlər
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR - VİDEO
Bakı metrosu gələn il yeni qatarlar alacaq.BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.Onun sözlərinə gör...
