SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda film kimi olay yaşanıb.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məmməd Xanverdiyev bacısını qaçırılmasının qarşısını alarkən ağır xəsarət alıb.

Belə ki, 21 yaşlı bacısının avtomobillə qaçırıldığını görən M.Xanverdiyev bu işə mane olmağa çalışıb.

Bu zaman Məhəmmədi avtomobil sürüyüb.

İIkin məlumata görə, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qardaşın ağır kəllə beyin travması aldığı bildirilir və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS