SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 31-də saat 09:00-dan Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdiriləcək, yeni qaz tənzimləyicisi quraşdırılacaq, aşkarlanan qaz sızmaları aradan qaldırılacaq.

Bu barədə BAKU.WS-ə “Azəriqaz” İstehsalat Birliyi məlumat verilib.

Məlumata görə, bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.


BAKU.WS