SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonu Kirən kənd sakini Rizvan İsrail oğlu Məmmədrzayev 15 yaşlı qızının təcavüzə məruz qaldığını iddia edir.

BAKU.WS
ölkə.az-a istinadən xəbər veri ki, R.Məmmədrzayev əməkdaşımızla söhbətində bildirib ki, qızı 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı iyirmi gündür evdən gedib:

"Qızımın yoxa çıxmasıyla bağlı Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət etdim. Əvvəlcə həyat yoldaşım Fəridə Zahid qızı Məmmədrzayeva mənim verilişə çıxmağımı istəmirdi, hətta məni hədələyirdi. Ancaq ötən həftənin birinci günü mən verilişdə olanda həyat yoldaşım da gəlmişdi. Efirdə olduğum müddətdə telefonum oğlumda olub. Qızım mənə başqa nömrədən zəng vurub. Telefon oğlumd olduğu üçün onunla danışıb və sonradan həyat yoldaşım telefonu oğlumdan alaraq qızımın mıənə zəng vurduğu nömrəni silib".

R.Məmmədrzayev qızının itkin düşməsində həyat yoldaşını günahlandırır:

"Həyat yoldaşımla faktiki ər-arvad münasibətində deyilik. O, Ruslan adlı əslən Ağcabədi rayonundan olan bir nəfərlə münasibətdədir. Və mən son günlər öyrənmişəm ki, Ruslan səkkiz ay öncə mənim qızıma təcavüz edib, bakirəliyini pozub".

R.Məmmədrzayevin sözlərinə görə, Fəridə Məmmədrzayevanın da Ruslan adlı şəxsin onun qızına təcavüz etməsindən xəbəri var:

"Qızımı bu ərəfədə bircə dəfə görə bilmişəm. Saçını qırxıblar, uşaq çox pis vəziyyətdədir. Soruşuram ki, sən iyirmi gündür harda qalırdın? Deyir, rəfiqəmgildə. Soruşuram ki, saçını kim bu günə qoyub? Deyir, kəsib gözəllik salonuna satmışam. Həyat yoldaşım və münasibətdə olduğu şəxs mənim övladımın həyatını məhv ediblər. Hətta bir dəfə Ruslanın Ceyhun adlı qardaşı da üstümə gəlib, məni döyüb.  Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu məsələ nəzarətə götürülsün. Çünki mən əlil adamam, ağır avtoqəza keçirmişəm. Heç bir formada bu adamlara gücüm çatmır".
BAKU.WS