055 213 76 73
BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Sarov kəndində baş verib. Kənd sakini 1974-cü il təvəllüdlü Əliyeva Gülcöhrə Teymur qızı və onun oğlu 1993-cü il təvəllüdlü Əliyev Rizvan Müzəffər oğlu yanıq xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib.
Yaralılara tibbi yardım göstərildikdən sonra bakıya göndəriliblər. Hadisənin evdə təmir aparılan zaman boya balonunun partlaması nəticəsində baş verdiyi deyilir.
Faktla bağlı araşdırma başlanılıb.
BAKU.WS