SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağsu şəhər 4 saylı tam orta məktəbdə müəllim dərs zamanı dünyasını dəyişib.

BAKU.WS-in verdiyi məlumata görə, texnologiya dərsi zamanı müəllim Abdulhüseynova Rəhilə Azad qızı huşunu itirib.

Hadisə yerinə dərhal təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun ürəktutmasından öldüyü müəyyən edilib.

61 yaşlı müəllim bu gün dəfn olunub.

Fərid ƏDALƏT
BAKU.WS