055 213 76 73
Penitensiar xidmətdən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2; 66.5; 66.3; 178.3.2-ci maddələrinə əsasən 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Adıgözəlov Toğrul Rza oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu, Bakı şəhər sakini Adıgözəlov Talehin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan ayaqqabının içərisində gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS