SİZİN REKLAM BURADA!
055 213 76 73


Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, hadisə rayonun Xanabad kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində dünyasını dəyişən şəxs Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğludur.

Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Tural Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub.

Qəzada iştirak edən "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS