055 213 76 73
BAKU.WS xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında "Maserati" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub.
Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.
BAKU.WS