SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallı rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS
-ın Trend-ə istinadən məlumatına görə, rayonun Köhnə Alvadı kəndində kənd sakini Əliyev Müzəffər Əli oğlu idarə etdiyi "Volvo" markalı avtomobillə hərəkətdə olarkən Cəlilabad rayon sakini Zeynalov Vilayət Bəşir oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2106"nın sürücüsü, həyat yoldaşı Zeynalova Bənövşə Aydın qızı, övladları Zeynalov Sahil Vilayət oğlu və Zeynalova Tamara Vilayət qızı xəstəxanaya yerləşdirilib. 2015-ci il təvəllüdlü Zeynalov Sahil Vilayət oğlu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.
BAKU.WS